Dirk Kuyt Fənərbaxça ya qayıdır: Bu dəfə məşqçi kimi

21.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

"Fənərbaxça"nın yeni baş məşqçisi İsmayıl Kartalın texniki heyəti müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, Kartalın məşqçilər korpusunda klubun sabiq futbolçusu və daha əvvəl "Fənərbaxça"da çalışmış Dirk Kuyt da yer alacaq.

Niderlandlı mütəxəssislə yanaşı, Kerem Güneş, Haluk Kaplan, Sercan Terzioğlu, Cengiz Sırkan, Emre Kartal, Kutay Arslan, Murat Zeki Göle, Melikşah Sezgin və Hasan Gültekin də texniki heyətdə təmsil olunacaq.

Qeyd edək ki, Dirk Kuyt 2012-2015-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.

Niderlandlı keçmiş hücumçu İstanbul klubu ilə 2014-cü ildə Türkiyə çempionluğu qazanıb. 

Kazemiro Messi ilə bir komandada - "İnter Mayami" transferi bitirdi "Real"dan Olise açıqlaması - Yayılan xəbərlər əsassızdır 46 yaşlı Ronaldinyo futbola qayıtdı: İtalyan klubu açıqladı “Qornik"in baş məşqçisi - “Fənər" heç vaxt güclü olmayıb” Hakan: “Bəlkə də, mənim üçün son Dünya çempionatı idi”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью