Dirk Kuyt yenidən “Fənərbaxça”da

24.06.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dirk Kuyt yenidən “Fənərbaxça”da

“Fənərbaxça”nın sabiq futbolçusu Dirk Kuyt baş məşqçi İsmayıl Kartalın köməkçisi təyin edilib.

QOL.az xəbər verir ki, klub hollandiyalı mütəxəssisin yenidən komandaya qayıtması barədə məlumat yayıb.

Bildirilir ki, futbolçu karyerası ərzində “Fənərbaxça”nın çempionluğunda böyük pay sahibi olan Kuyt bundan sonra İsmayıl Kartalın birinci köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, Dirk Kuyt futbolçu kimi “Fənərbaxça”nın heyətində 130 oyunda 37 qol vurub, 28 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью