Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dırnaq uzananda bir tərəfdən və ya hər iki tərəfdən dərinin içinə daxil olmasına dırnaq batması deyilir.
Adətən ayaq barmağında müşahidə edilən dırnaq batması, dırnaq uzandıqca və dəriyə batan qism artdıqca dırnaqların hamısına təsir edir.
Deyerler.org bildirir ki, bunun başlıca səbəbləri dırnaqların çox dibdən kəsilməsi, həddindən artıq çəkiyə görə ayaqlara yük düşməsi, ayaq barmağına dəymiş zərbələr, ayaq dırnaqlarında rastlanan göbələk, ayağın quruluşuna uyğun olmayan nazik burunlu ayaqqabılar və s.
ola bilər. Ciddi fəsadı olmayan dırnaq batmasını evdə müalicə edə bilərsiniz. Bunun üçün aşağıdakı üsullar tövsiyyə olunur.
Duzlu su Duzlu su batan dırnağa infeksiya düşməsinin qarşısını alır və yumşalmasına kömək edir.
İlıq suya 2 çay qaşığı duz atın və ayaqlarınızı suyun içində 25-30 dəqiqə saxlayın. Bu prosesi hər gün 2 dəfə tətbiq etdikdə ağrı keçəcək.
Duzdan əlavə soda və ya marqansdan da istifadə etmək olar. Çobanyastığı dəmləməsi ilə vannalar da yaxşı effekt verir.