Dırnaq gelləri qadınlarda sonsuzluğa səbəb olur İDDİA

02.09.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Avropa İttifaqı müəyyən növ gel dırnaq boyalarının istifadəsini qadağan edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb bəzi lakların tərkibində TPO (trimetilbenzoil difenilfosfin oksidi) maddəsinin olmasıdır.

Bu maddədən ultrabənövşəyi lampa altında dırnaqlara parlaqlıq vermək və tez qurutmaq üçün istifadə olunur.

Bununla belə, mütəxəssislər onun zəhərli maddə olduğunu, və qadınların reproduktiv sağlamlığına mənfi təsir göstərdiyini, hətta sonsuzluq yaratdığını iddia edib.

Aİ qeyd edib ki, qadağa məhsulun kosmetik təsiri ilə deyil, xüsusilə sağlamlıq riskləri ilə bağlıdır.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью