Dırnaq qayçı ixtira olunmazdan əvvəl qədim insanlar dırnaqlarını necə kəsirdilər? | Icma.a…
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. İndiki vaxtda dırnaqlara fərdi qulluq məhsulları və rutinləri çox modadır.
Əslində şəxsi qulluq ciddi ehtiyacdır. Məsələn, dırnaqlarımızı böyüdükcə kəsməliyik.
Bizimyol.info xəbər verir ki, "webtekno" dərc etdiyi yazıda, "bəs ilk insanlar dırnaq qayçıları olmayanda dırnaqlarını necə kəsirdilər?
Onlar bu problemə hansı həll yolu tapdılar?", suallarını cavablandırmağa çalışıb.
Əslində bu sualın cavabı kifayət qədər sadədir Dırnaqlar çox güman ki, öz-özünə nazikləşib və ya qırılıb.
Məhz, dırnaqlar əsasən keratindən ibarətdir. Bu bərkimiş zülal dəridə və saçda da olur.
Lakin keratinin davamlı bir maddə olması dırnaqların qırılmayacağı anlamına gəlmir. 100.000 il əvvələ qayıdaq.
Qədim insanlar, ovçu, yüklərin daşıyıcısı kimi, sağ qalmaq üçün ağır fiziki fəaliyyətlərlə məşğul olurdular.
Tam oxu
Xəbəri oxu