Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İllərdir insanların diqqət yetirmədiyi dırnaq qayçısındakı (dırnaq kəsən) kiçik dəlik sosial mediada müzakirə mövzusuna çevrilib.
Ölkə.Az xəbər verir ki, internetdə bir çox istifadəçi bu detalın əslində nə üçün olduğunu bu yaxınlarda öyrəndiklərini etiraf ediblər.
Dırnaq qayçısındakı kiçik dəlik sən demə, açar zəncirlərinə, səyahət çantalarına və ya tualet ləvazimatlarına bərkidilə biləcək şəkildə hazırlanıb.
Bu dəlik sayəsində qayçı digər əşyalara üzük, ip və ya qarmaqla bərkidilə bilər. Bu kiçik dizayn detalı, xüsusilə tez-tez itirilən dırnaq qayçıları üçün faydalıdır və səyahəti daha asanlaşdırır. Bəzi modellər hətta bu məqsəd üçün kiçik zəncirlərlə birlikdə buraxılır.
Qeyd edək ki, müasir dırnaq qayçısının tarixi 1875-ci ilə gedib çıxır. ABŞ-də ilk dəfə Valentin Foqerti dırnaq qayçısı modelini patentləşdirib. Bundan əvvəl insanlar dırnaq baxımını kiçik bıçaqlarla edirdilər. 1881-ci ildə Yucin Heym və Selestin Matz bu gün istifadə olunan dizaynını hazırlayıblar.
Billurə