Dırnaq ustasını efirdə müğənni kimi təqdim edir

06.05.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Günel Ələkbərova atmacası ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, aparıcı Zaur Nəbioğluna söz atıb.

"Bu yaxınlarda efirə qız çıxarıblar, dırnaq ustasıdır. Gözəl xanımdır, bəyəndim. Deyir ki, üç ay öncə salonda işləyirdim, müştərilərim var. Onu aparıcı müğənni kimi təqdim edir. Biz bu sənətdə əziyyət çəkmişik. Musiqi təhsili almışıq, Azərbaycanı digər ölkədə təmsil etmişik.

Hər şey o verilişdən çıxır. Müğənni deyilsə, niyə elə təqdim edirsən? Canlı oxutdurub, biabır edirsən. Bir növ insanları ələ almaqdır, düzgün deyil. Artıq müğənni sözü ucuzlaşıb, mənə müğənni deməsinlər".

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью