Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Karabük Universitetindən Dos. Dr. Eftal Şehirli və PhD tələbəsi Abdullah Alesmaeil dırnaq yemə vərdişlərinin qarşısını almaq üçün süni intellekt dəstəkli ağıllı saat tətbiqi hazırlayıb.
News24.az bildirir ki, sistem əl hərəkətlərini hiss edərək dırnaq yemə davranışını aşkar edir və səsli xəbərdarlıqla istifadəçiyə bu vərdişdən əl çəkməyə kömək edir. Üç mərhələli analiz metodu ilə işləyən tətbiq yüksək müvəffəqiyyət nisbəti təklif edərək, hərəkəti 93 faiz dəqiqliklə müəyyən edir.
Zəhraxanım Şeydayeva