Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Vətəndaş anasının dişinin rentgen müayinəsi aparılmadan çəkildiyini və daha sonra ağız boşluğunda bədxassəli yara aşkarlandığını iddia edib.
Diş çəkilməsinin xərçəngə səbəb ola biləcəyi ehtimalı nə dərəcədə realdır?
Tibbi ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, bu situasiya diş çəkməyə bağlı deyil:
"Bəzən olur ki, diş yuvasında alveolyar epitelidən inkişaf edən bədxassəli şişlər olur. Onlar diş yuvasında tərpənir, laxlayır. Stomatoloqlar çox vaxt belə dişləri çəkirlər və faktiki olaraq da orada həmin xərçəng üzə çıxır. Onsuz da bu istənilən halda üzə çıxacaq. Amma dişin çəkilməsi xərçəngin üzə çıxmasını tezləşdirir. Burada bir həkim səhvindən danışmaq əslində düzgün deyil. Diş çəkilməsi qətiyyən xərçəngə gətirib çıxara bilməz. Amma bir şeyi nəzərə almaq lazımdır ki, həkim özü də diqqətli olmalıdır. Belə situasiyalarda vaxtında xəstəni biopsiya müayinəsi üçün göndərməli, lazım olan tədbirləri görməlidir. Bəli, buna irad tutmaq olar. Amma bu situasiyadan xərçəngin inkişaf etməyi real deyil".
Aytəkin TOFİQQIZI