Diş məcunu qabından narkotik vasitə aşkar edildi FOTO

26.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью