Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Stomatoloq Yana Dyaçkova bildirib ki, dişləri fırçalayarkən həddindən artıq diş məcunu istifadə etmək ağız sağlamlığına zərər verə bilər.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.
Həkimin sözlərinə görə, çox diş məcunu istifadə edildikdə ağızda çox köpük yaranır və insan dişlərinin tam təmizləndiyini düşünərək fırçalama müddətini azaldır. Halbuki dişlərin təmizlənməsində əsas rolu fırçanın mexaniki təsiri oynayır və dişlər ən azı iki dəqiqə fırçalanmalıdır.
Dyaçkova qeyd edib ki, flüor tərkibli diş məcunlarından həddindən artıq istifadə uşaqlarda fluoroz yarada bilər. Bu zaman dişlərdə ağ və ya tünd ləkələr əmələ gəlir.
Stomatoloq əlavə edib ki, diş məcunlarının tərkibində köpükləndirici və ağardıcı maddələr də var. Həssas ağız selikli qişası olan insanlarda bunların çox istifadəsi yanma və narahatlıq hissi yarada bilər.
Aytəkin TOFİQQIZI