Diş pastası itkin düşən turisti xilas etdi 10 günlük mübarizə

27.02.2025

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çində bir turist ölkənin şimal-qərbindəki dağlarda diş pastası və qar yeyərək 10 gün sağ qalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, turist Şensi əyalətindəki Qinlin dağ silsiləsini səyahət edərkən itkin düşüb:

“Onun yanında elektron cihazlar olub, lakin iki gündən sonra batareyası bitib. Dağlarda sağ qalmaq üçün turist özünə yarpaqlardan və samandan çarpayı düzəldib. Kişi 10 gün ərzində dərədən su içib, qar və diş məcunu yeyib. Nəhayət, xilasedicilər onu tapıblar”.

Safura Bənnayeva
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью