Disasi Çelsi ni tərk edir, Londonu yox

01.02.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

"Çelsi"nin fransalı müdafiəçisi Aksel Disasi bu qış "transfer pəncərəsi"ndə klbunu dəyişməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, o, Londonun başqa bir klubuna, "Tottenhem"ə keçə bilər.

Məlumatı "Caught Offside" yayıb. Mənbənin məlumatına görə, "Tottenhem" rəhbərliyi çoxsaylı zədə səbəbindən müdafiə gücləndirmək məcburiyyətindədir. Hotspurlular 26 yaşlı fransız futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyə hazırlaşır. 
Disasi özü də oyun praktikası qazanmaq üçün komanda dəyişməyə isti yanaşır. 
Müdafiəçini "Tottenhem"dən başqa, "Yuventus" da heyətinə qatmaq istəyir.

Xatırladaq ki, Aksel Disasi bu mövsüm İngiltərə çempionatında "Çelsi"nin heyətində cımi 6 oyun keçirib və bu matçlarda 1 qol vurub.

Mirağa 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью