Saglamolun saytına istinadən Icma.az xəbər verir. Dişlər də eyni ilə bədənin digər orqanları kimi qulluğa ehtiyac duyur.
Qulluq dişlərin tez çürüməsinin qarşısını alır. Publika.az bu yazıda oxucuları diş çürüməsinin qarşısını alan sadə üsullarla tanış edib.
Yemək vərdişlərini dəyişdirin İngiltərədə aparılan tədqiqatda məlum olub ki, sağlam qidalanmaq dişlərin möhkəmliyinə birbaşa təsir edir.
Şəkər baxımından zəngin olan qidalar isə dişlərin çürüməsinə səbəb olan başlıca amillərdəndir.
Süd, pendir, qatıq kimi kalsium baxımından zəngin olan qidalara üstünlük verməyə çalışın və bolluca su için.
Şəkərsiz saqqız çeynəyin Qəribə görünə bilər, ancaq şəkərsiz saqqız çeynəmək diş çürüməsinə mane olur.
Şəkərsiz saqqızın tərkibinə ksilitol adlı komponent daxildir.
Bu komponent ağızda yemək artıqlarının və bakteriyaların təmizlənməsini təmin edir.