Icma.az xəbər verir, Manset saytına əsaslanaraq. Dişlərin tündləşməsi bir çox fərqli səbəbdən qaynaqlana bilər.
Manset.az xəbər verir ki, mütəxəssislərin dediklərinə əsasən, aşağıdakı amillər bu vəziyyətə səbəb ola bilər: Qida və İçkilər Çay, qəhvə, qırmızı şərab və qazlı içkilər kimi məhsullar dişlərin rəngini dəyişə bilər.
Bəzi boyayıcı təsirə malik meyvə və tərəvəzlər də dişlərin tündləşməsinə səbəb olur.
Siqaret və Tütün Məhsulları Siqaret və tütün istifadəsi diş səthində ləkələrin əmələ gəlməsinə və dişlərin saralmasına səbəb ola bilər.
Gigiyena çatışmazlığı Dişləri düzgün fırçalamamaq və ağız gigiyenasına diqqət etməmək diş minasının zəifləməsinə və rəng dəyişiminə yol açır.
Yaşlanma Yaş artdıqca diş minası nazikləşir, daxildəki dentin qatı (sarımtıl rəngdədir) daha çox görünür.
Dərmanlar və Tibbi Müalicələr Tetrasiklin kimi bəzi antibiotiklər uşaqlıq dövründə istifadə edildikdə dişlərin rənginin dəyişməsinə səbəb ola bilər.
Radioterapiya və kimyaterapiya da diş rəngində dəyişiklik yarada bilər.