Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Stomatoloq Patrisiya Kabo ağız gigiyenasının yalnız dişləri mütəmadi fırçalamaqdan ibarət olmadığını bildirib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis dişləri fırçalayarkən dil gigiyenasına kifayət qədər diqqət yetirilməməsini əsas səhvlərdən biri kimi qeyd edib.
Onun sözlərinə görə, ağız qoxusunun əsas səbəblərindən biri dildə bakteriya və digər mikroorqanizmlərin toplanmasıdır.
Kabo vurğulayıb ki, dil təmizlənmədikdə, dişlər müntəzəm və düzgün fırçalansa belə, onun səthində mikroorqanizmlər toplanmağa davam edə bilər.
Buna görə də mütəxəssis dilin də dişlər kimi gündəlik təmizlənməsini tövsiyə edib.
Qeyd edək ki, qastroenteroloq Anastasiya Qostrous da daha əvvəl ağızda xoşagəlməz dada səbəb ola bilən xəstəliklər barədə danışıb.
O, bu problemlə qarşılaşan şəxslərə mədə-bağırsaq traktını müayinə etdirməyi məsləhət görüb.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin