Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Stomatoloq Karla Fornas dişlərin saralmasına səbəb ola bilən bəzi qida və içkilər barədə xəbərdarlıq edib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis xüsusilə qəhvə, çay və tütünün dişlərin rənginə təsir etdiyini bildirib.
Onun sözlərinə görə, böyürtkən və moruq kimi tünd rəngli giləmeyvələr də diş minasının rənginin dəyişməsinə səbəb ola bilər. Ağ və qırmızı şərab, həmçinin ketçup, barbekü və teriyaki sousları da bu siyahıya daxildir.
Stomatoloq zerdeçalın da dişləri saralda biləcəyini qeyd edib. O vurğulayıb ki, bu məhsulların bir dəfə qəbul edilməsi dişlərin rəngini dərhal dəyişmir. Lakin onların müntəzəm şəkildə istehlakı zamanla diş minasının saralmasına səbəb ola bilər.
Aytəkin TOFİQQIZI