Dişləri yonan robot HAZIRLANDI

09.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsveçrənin Bazel Universitetinin alimləri dişlərin tac (koronka) qoyulmasına hazırlanması prosesini avtomatlaşdırmaq üçün Miniature Intraoral Robot (MIR) adlı kompakt robot hazırlayıblar.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Yeni cihaz ağız boşluğunda işləmək üçün nəzərdə tutulub və stomatoloji prosedurların daha dəqiq icrasına imkan verə bilər. Tədqiqatçıların fikrincə, bu texnologiya gələcəkdə xəstələrin klinikaya bir neçə dəfə müraciət etməsi ehtiyacını azalda bilər.

Hazırda dişə kron qoyulması adətən bir neçə mərhələdən ibarətdir. İlk qəbul zamanı stomatoloq dişi yonur və müvəqqəti kron yerləşdirir. Daimi kron hazır olduqdan sonra isə xəstə yenidən həkimə müraciət edir. MIR robotunun tətbiqi ilə bu prosesin bir ziyarət çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Robot ağız boşluğunda yerləşən miniatür işçi moduldan, eləcə də xaricdə yerləşən mühərrik və idarəetmə blokundan ibarətdir. Qurğu xüsusi hazırlanmış stomatoloji şin vasitəsilə dişə bərkidilir. Bu da xəstənin başı hərəkət etsə belə, alətin işləmə dəqiqliyini qorumağa imkan verir.

Hazırda MIR yalnız laboratoriya şəraitində sınaqdan keçirilib. Alimlər robotun işini süni dişlər və mina sərtliyini təqlid edən keramika materialları üzərində yoxlayıblar. Sınaqlar zamanı diş yonulmasının dəqiqliyi və tətbiq olunan qüvvənin idarə olunması qiymətləndirilib.

Tədqiqatçılar gələcəkdə robotu əlavə sensorlar və kamera ilə təchiz etməyi planlaşdırırlar. Bu sistem robotun vəziyyətini real vaxt rejimində izləməyə, mümkün xətaları avtomatik düzəltməyə və prosedurun daha təhlükəsiz həyata keçirilməsinə imkan verəcək.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью