Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Cari il aprelin 29-da Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, “Novartis” şirkətinin dəstəyi ilə “Dislipidemiyada doğru yanaşma: Həkim üçün praktiki bələdçi” mövzusunda master-klas keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında saat 14:00-dan 18:00-dək davam etməsi planlaşdırılan master-klasda Universal Hospitalın Kardiologiya şöbəsinin müdiri Üzeyir Rəhimov “Dislipidemiyanın mövcud müalicəsinin effektivliyinin monitorinqi: klinik icmal” mövzusunda məruzə ilə çıxış edəcək və master-klas zamanı qrup işləri və müzakirələr həyata keçiriləcək.
Tədbir proqrama uyğun olaraq kardioloq, kardiocərrah, endokrinoloq və terapevt ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulub.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Tədbirdə iştirak ödənişsizdir. Hər kəs tədbirdə iştirak üçün dəvətlidir!
Qeydiyyat linki:
Proqramla tanış olmaq üçün keçid: