Disney də yeni ixtisarlar gözlənilir

02.10.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Walt Disney" televiziya fəaliyyətini yenidən qurmağa hazırlaşır.

Banco.az xəbər verir ki, şirkətin əməliyyatları sadələşdirmək məqsədilə yüzlərlə əməkdaşını işdən çıxaracağı və bəzi bölmələri birləşdirəcəyi bildirilir.

Məlumata görə, yenidənqurma planının detalları hələ tam açıqlanmayıb. Şirkətin "ABC", "ESPN" və "FX" kimi televiziya şəbəkələrini əhatə edən fəaliyyətində dəyişikliklərin aparılması nəzərdə tutulur.

Bu addım baş direktor Coş D'Amaronun rəhbərliyi altında həyata keçirilən ixtisar və strukturun sadələşdirilməsi prosesinin davamı kimi qiymətləndirilir.

D'Amaro mart ayında şirkətdə təxminən 1 000 vəzifənin ləğvini nəzərdə tutan prosesə başlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью