Disney World də bir ay ərzində beşinci müəmmalı ölüm...

20.11.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın Florida ştatındakı “Disney World”də bir ay ərzində beşinci adam ölüb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “New York Post” yayıb.

Oranc dairəsinin məhkəmə-tibbi ekspertiza ofisinin məlumatına görə, kişi sadəcə yerə yıxılıb, bir neçə dəqiqə sonra onun ölüm faktı qeydə alınıb.

“Hadisə “Disney’s Saratoga Springs” kurortunda baş versə də, biz yurisdiksiyadan imtina etdik”, – deyə ofisdən bildiriblər. Onlar əlavə ediblər ki, ölümün səbəbini açıqlaya bilməzlər, çünki meyit mərhumun “şəxsi həkiminə” təhvil verilib.

Xatırladaq ki, “Disney World”də müəmmalı ölümlər oktyabrın 14-dən başlayıb. Əvvəlcə 31 yaşlı qadın, bir neçə gün sonra 60 yaşlı kişi, daha sonra isə 28 yaşlı gənc və 40 yaşlı qadın ölü tapılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью