Distant təhsil ilə ucqarlarda yaşayan uşaqlara təhsil vermək olar Ekspert

17.12.2025

Icma.az, 525.az saytına istinadən bildirir.

“Şagird sayı çox az olan uzaq kənd məktəblərinin distant təhsilə keçməsi və həmin məktəblərin heyətinin azaldılması, ya da məktəbin bağlanması maddi resursların rentabelli istifadəsi üçün maraqlı və məntiqli görünür. Ancaq burada diqqət edilməsi lazım olan məqam təhsilin keyfiyyəti məsələsidir. Həmin yerlərdə uşaqlara keyfiyyətli təhsil, sürətli internet, lazımi avadanlıq təklif edə biləcəyikmi?”.

Bunu 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov bildirib. Onun sözlərinə görə, fiziki məkanlarda bunu tam edə bilməmişik:

“İsinmək məsələsini tam təkmil hala gətirə bilməmişik. İnternet və kompüter ilə həmin uşaqların keyfiyyətli təhsilə əlçatanlığını təmin edə biləcəyiksə, distant təhsil ilə ucqarlarda yaşayan uşaqlara təhsil vermək olar”.

Sevinc Qarayeva 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью