Distant təhsil kompütersiz uşaqlardan başlayır: Bəs tələbələr?

16.12.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər aktual olan mövzulardan biri də ölkənin təhsil sistemində distant təhsilin tətbiqi ilə bağlıdır.

Elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində məhz bu məsələyə toxunaraq, “Bizim elə bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır” deyib. 

Nazir qeyd edib ki, belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir:

“Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu, dövlətin vəsaitidir. İstəsək də, istəməsək də, bu vəsait önəmlidir. Kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. Elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur.

Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq”. 

Qeyd edək ki, bəzi təhsil mütəxəssisləri orta məktəblərdə distant təhsilin tətbiqinə heç də birmənalı yanaşmır.

Eyni zamanda, bir çox dünya ölkələrində distant təhsil əsasən universitetlərə şamil olunur. Azərbaycanda da ali təhsil ocaqlarının əksəriyyətinin paytaxtda yerləşdiyini nəzərə alsaq, bu həm tıxacların yaranmasına, həm də kirayə evlərin qiymətinin artması kimi problemlərə yol açır.

Orta məktəblərdə distant təhsilə keçilməsi hansı üstünlüklər yaradacaq və bu təhsil formasının ilk olaraq universitetlərdə tətbiq daha vacib deyilmi?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, burada məsələyə bir neçə istiqamətdə baxmaq lazımdır:

Читать полностью