“Ditva” siklonu nəticəsində Şri Lankada azı 153 nəfər həlak olub, 191 nəfər itkin düşüb

30.11.2025

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Şri-Lankada “Ditva” siklonunun yaratdığı torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 153 nəfər həlak olub, 191 nəfər itkin düşüb, ölkə üzrə yarım milyondan çox insan zərər çəkib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, 78 mindən çox insan əsasən məktəblərdə yerləşən 800-ə yaxın yardım mərkəzinə köçürülüb.

Minlərlə polis, dəniz qüvvələri və ordu qoşunları ərzaq paylayır, yolları təmizləyir və ailələri təhlükəsiz yerlərə köçürürlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью