Divar Azad Qaradərəlinin hekayəsi | Icma.az
Kulis.az saytına istinadən Icma.az xəbər verir. Bu gün yazıçı Azad Qaradərəlinin doğum günüdür.
Kulis.az müəllifi təbrik edir və "Divar" hekayəsini təqdim edir.
Ukraynalı xanım müəllim Olena Kureloya və azərbaycanlı aydın Hikmət Babaoğluna* ithaf olunur BİRİNCİ HİSSƏ Siz bütün gülləri kökündən qopara bilərsiniz, lakin baharın gəlişini əngəlləyə bilməzsiniz...
Pablo Neruda Divar. Ukrayna divarı. Divar ölkə. Divar şəhər – Kiyev – Kıyıdakı ev... Sizə bir divardan söz açacağam...
*** Kiyev bombalananda ilk zərbə onların məktəbinə dəymişdi: Olena xanımın işlədiyi orta məktəbin binasının əsas korpusu tamam dağılmış, yalnız məktəbin arxasındakı yardımçı bina təsadüf nəticəsində salamat qalmışdı.
Cavan kişi müəllimlərin bir çoxu davaya getmiş, yaşlılar qorxudan məktəbdən ayağını kəsmiş, yalnız Olena xanım və daha iki qadın müəllim hələ də məktəbə gələn uşaqları başlarına yığaraq yardımçı binada dərs keçirdilər.
Ta o günə kimi ki, rusların atdığı ballistik raket yardımçı binanı da dağıtdı və məktəbin yerində dağılmış kərpic yığınından başqa bir şey qalmadı.
Hə, bir də eni on metrə çatan bir divar salamat qalmışdı. Göz dağı kimi qalan bu divara baxanda adamları ağlamaq tuturdu.
Tam oxu
Xəbəri oxu