Divara təpik atan, bloka zibil atan... Tullantıya çevrilən zeyniyyət dən mədəniyyət gözləyirik Video

22.04.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir qonşumuz var idi. Rayonlardan birindən gəlib, bizim binada kirayə yaşayırdı. Qapısının ağzında hər zaman küçə heyvanları üçün yemək artıqları qoyardı. Bütün məhəllənin iti-pişiyi onun sayəsində blokumuzda idi. Bu da azmış kimi evindən çıxan məişət tullantılarını da qapının ağzına yığardı. Küçədən bloka dadanmış it-pişik bu tullantılar bütün mərtəbəyə, hətta alt mərtəbəyə də yayardı. Qonşuya dəfələrlə xəbərdarlıq etsəm də, dediklərimi "qalın tərəf"indən qəbul etdiyi üçün adına "JEK" deyilən quruma müraciət ünvanlamağa məcbur qaldım. Etiraz etdiyim vəziyyətə bir gündə əncam çəkildi. Sözüm bunda deyil. Yəqin ki, siz də zaman-zaman bloku yazan, divarlara təpik atan, qapılarından məişət tullantıları asan, bu da azmış kimi evində artıq əşyalarını bloka yığan qonşularla qarşılaşmısınız. Etiraz etsəniz də fikirlərinizi qəbul etməyiblər. Mənim fikrimcə, bu tip insanlar yalnız özünü, öz rahatlığını düşünən, toplum içərisində yaşamağı bacarmayan, mədəniyyətdən kənar insanlardır. Çünki cəmiyyətdə yaşayan hər bir fərd cəmiyyətin yazılmamış qanunlarından xəbərdar olmalıdır. Və həyət evində yaşayıb, həyətinə it-pişik yığan, məişət tullantılarını həyətinə tullayan, həyətindən zibil daşan insanların gəlib bina evində yaşaması, bina standartlarına da uyğunlaşması da asan deyil.

Düşünün bəzi qadınlar uşaqlarının bezini çıxarıb evə və yaxud həyətə ata bilir. Bu qadın bina evində yaşayırsa, bezi pəncərədən həyətə atacaq. Çünki həmin şəxs əvvəlki yaşayışa alışıb. Deyirlər ki, təmizlik insanın qanındadır. Elə də insanlar var ki, həyət evində yaşasalar da təmizliyə hər zaman əməl edirlər. Onlar üçün həyət evi və ya bina evi fərqi anlayışı olmur. "Təmiz" elə hər yerdə təmizdir. Sadəcə olaraq natəmiz şəxs təkcə öz evinə deyil, bütün cəmiyyətə və onun mülkünə zərər verir.

...Elə daxili natəmiz olanlar da belədir. Onlar təkcə özlərinə deyil, bütün cəmiyyətə zərər verə bilirlər. Məsələn; düşüncələri kirli olan biri cəmiyyətə necə fayda verə bilər? Eləcə də, xarakteri kirli olan.

Yaxşı xatırlayıram; bir dəfə kirayə qalmaq üçün bir ev sahibinə müraciət etmişdim. Ev sahibi orta yaşlı bir qadın idi. Həddən artıq makiyaj etmişdi. Evinə girib mətbəxinə keçəndə gördüyüm mənzərə heç ürək açan deyildi.

Qəbul etməiyik ki, sıralarmızda cəmiyyətin mülkünə zərər verən, divarları yazan, divarlara təpik atmaqdan zövq alan psixoloji cəhətdən sağlam olmayan insanlar var. Və çox təəssüflər olsun ki, biz bu insanların varlığını qəbul etmək məcburiyyətindəyik...

Etiraz etsək də, onların düşüncəsi bizim etirazlarımızı anlayacaq səviyyədə deyil. Necə deyərlər: "təmizlik imandan gəlir", təmizliyi olmayan insan da imansız sayılır...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью