Divara yapışdırılmış banan 6,2 milyon dollara satılıb VİDEO | Icma.az
Icma.az bildirir, Sonxeber.az portalına istinadən. Divara yapışdırılmış banan 6,2 milyon dollara satılıb - VİDEO İtalyan rəssam Mauritsio Ka
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Sothebys-də böyük marağa səbəb olan əsər üçün hərrac 800 min dollardan başlayıb.
Bir neçə dəqiqə ərzində əsərin qiyməti 2 milyon dollara, daha sonra isə 4 milyon dollara yüksəldi.
Hərrac meneceri Oliver Berker satış zamanı "Bu fürsəti qaçırmayın, əvvəllər bu sözləri deyəcəyimi heç düşünməmişdim: Beş milyon dollara bir banan!" - deyərək zaldakı həyəcanı artırdı.
TRON kriptovalyuta platformasının qurucusu Castin Sun təxminən 5,2 milyon dollarlıq təkliflə divara yapışdırılmış bananın sahibi oldu.
Bananı almaq üçün Sun təklifinə əlavə olaraq 1 milyon dollarlıq hərrac komissiyası ödəyib və ümumilikdə 6,2 milyon dollar qazanıb.
Sun, bananın fiziki formasından çox, "Komediyaçı" adı altında divara yapışdırılmış bananı nümayiş etdirməyə imkan verən "orijinallıq sertifikatı" aldı.
Satışdan sonra açıqlama verən Sun əsərin sənət, internet yumoru və kriptovalyuta dünyasını bir araya gətirən mədəni bir fenomen olduğunu bildirib.
Tam oxu
Xəbəri oxu