Divara yapışdırılmış banan əsərinin sahibi onu mətbuat konfransında yeyib

29.11.2024

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtalyan rəssam Maurisio Kattelanın “Divara yapışdırılmış banan” adlanan konseptual əsəri Nyu-Yorkda hərraca çıxarılaraq 6,2 milyon dollara satılıb.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, əsəri alan kriptovalyuta sahibkarı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.

O konseptual sənətlə kriptovalyuta arasında paralellər olduğunu deyərək addımını belə şərh edib.

Castin Sun qeyd edib ki, bananı mətbuat konfransında yemək də sənət əsərinin tarixinin bir hissəsi ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью