Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İstanbulun Avcılar rayonunda sökülməsinə qərar verilən binanın divarında gözlənilməz mənzərə ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, mənzildəki divar boşluğunda arıların pətək qurduğu məlum olub.
Divar sökülərkən oradan təxminən 25 kiloqram bal çıxıb.
Ev sahibləri arıların təhlükəsizliyi üçün peşəkar dəstək alıblar. Arı koloniyası daha yaxşı bal istehsal edə bilməsi üçün uyğun bir əraziyə köçürülüb.
Ev sahibi Murat Buğday qeyri-adi tapıntı ilə bağlı təəssüratlarını bölüşərək bildirib:
"Qonaq otağımızın arxasında xəzinə varmış. Təxminən 20-25 kiloqram bal çıxardıq. Əgər daha əvvəl bilinsəydi, bura akvarium kimi şüşə qoyub onları izləyərdik, təkcə bunun təəssüfünü yaşayırıq. Balın dadı isə möhtəşəmdir".
Bizim.Media