Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Payız-qış mövsümündə mənzillərdə yaşayan sakinlərin qarşılaşdığı problemlərdən biri də nəmişlik və kifdir. Xüsusilə soyuq havalarda divarlarda yaranan rütubət, kif ləkələri və xoşagəlməz qoxu sakinlərin narahatlığına səbəb olur.
Bəs mənzillərdə nəmişlik və kif hansı səbəblərdən yaranır? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Memar Cahid Həsənov Redaktor.az-a açıqlamasında mənzillərdə belə halların əsas səbəbinin istismar müddəti başa çatmış binalar olduğunu bildirdi:
“Mənzillərdə nəmişlik və kifin yaranma səbəbi odur ki, Bakı şəhərində inşa olunan binalar Sovet dövründə tikilib. Bunların istismar müddəti bitib, eyni zamanda o vaxtkı texnologiyalar beynəlxalq standartlara cavab vermirdi. Yeni tikilən binalarda, MTK-larda belə hallar olmur. Ona görə də dövlət tərəfindən qərar verilib, göstəriş verilib, tədricən, mərhələ-mərhələ məhz həmin binaların sökülüb yenidən tikilməsi və yaşıllıq zolaqlarının salınması buna xidmət edir”.
Onun sözlərinə görə, yeni binalarda tətbiq olunan izolyasiya sistemləri və müasir texnologiyalar mənzillərdə nəmişlik və kifin yaranmasının qarşısını almağa imkan verir:
“Yenə deyirəm, həll yolu köhnə binaların sökülüb yenilərinin tikilməsidir. Yalnız bunun yolu ondadır ki, köhnə binalar sökülsün və yeni binalar tikilsin. Bu sahədə də addım-addım işlər gedir”.
Aytəkin TOFİQQIZI