Divriği Qars Gürcüstan sərhəd dəmir yolu xətti modernləşdiriləcək

28.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib ki, "Divriğidən Qars sərhədinə qədər uzanan mövcud xəttin infrastrukturunu və üst quruluşunu bərpa edəcək və elektrikləşdirmə və siqnalizasiya işlərini həyata keçirəcəyik".

Uraloğlu layihənin dörd ayrı hissədə - Divriği-Ərzincan, Ərzincan-Ərzurum, Ərzurum-Qars və Qars-Gürcüstan sərhədində həyata keçiriləcəyini vurğulayıb: "Divriğidən Qars sərhədinə qədər uzanan mövcud xəttin infrastrukturunu və üst quruluşunu bərpa edəcək, elektrikləşdirmə və siqnalizasiya işlərini həyata keçirəcəyik. Divriği-Ərzincan, Ərzincan-Ərzurum və Ərzurum-Qars hissələri üçün tenderi 22 dekabrda keçirəcəyik. İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə bu yaxınlarda keçirdiyimiz tender olan ETMIC Layihəsi vasitəsilə Qarsdan Gürcüstan sərhədinə qədər dəmir yolunun ikinci xəttinin tikintisini, eləcə də elektrikləşdirmə və siqnalizasiya işlərini tezliklə başa çatdıracağıq."

Uraloğlu layihənin Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və İslam İnkişaf Bankının birgə maliyyələşdirməsi ilə həyata və 22 dekabrda baş tutacaq tenderin beynəlxalq "FIDIC Sarı Kitab" modeli istifadə edilərək keçiriləcəyini vurğulayıb. Uraloğlu infrastruktur və üst quruluşun bərpası, siqnalizasiya, telekommunikasiya və elektrikləşdirmə işlərini vahid yanaşma ilə həyata keçirəcəklərini vurğulayıb və layihəni 4 il ərzində başa çatdırmağı planlaşdırdıqlarını bildirib.

O, şərq-qərb dəmir yolu əlaqələrini gücləndirməklə Orta Dəhlizin nəqliyyat tutumunun artırılmasına töhfə verəcəklərini qeyd edib və tenderin beynəlxalq rəqabətə açıq olacağını və işlərin dərhal başlaması ilə mümkün qədər tez başa çatacağın söyləyib.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью