Diyetoloq azərbaycanlıların qidalanmasındakı səhvləri açıqladı | Icma.az
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Heç kimə sirr deyil ki, sağlamlığın başında düzgün qidalanma dayanır.
Təəssüf ki, bir çoxları rasional qidalanmanı uzun və çətin proses hesab edərək, bu həqiqəti qəbul etmir.
Azərbaycanlı diyetoloq, “Sağlam bəslən – Arıqla” və “Köklüyün sirri - Arıqlığın açarı” kitablarının müəllifi Leyla Zülfüqarlı sağlam rasional qidalanmanı əməl edilməsi zəruri sayılan, öz vəziyyətləri olan xüsusi elm adlandırır.
“Biz bu elmin qaydalarına uyğun olaraq qidalanmalıyıq. Bu, sağlam qidalanma adlanır”, - diyetoloq deyib.
Çoxları bilir ki, bəzi məhsullardan imtina və pəhrizə riayət olunması ilə əlaqəli olan düzgün qidalanma bizim orqanizmimizin sağlamlığının təmin olunmasına yardım edir”.
Həkimin sözlərinə görə, gündəlik rasionumuzda olan bəzi məhsulları silmək çox vacibdir.
“Hər şeydən əvvəl karbohidrat qrupuna daxil olan məhsullardan imtina etmək lazımdır: bunlar qənd, kartof, makaron, düyüdür”, - diyetoloq qeyd edib.
Azərbaycan əhalisinin arasında sağlam qidaya riayət etməməsinə səbəb kimi Zülfüqarlı uzun illər formalaşmış yanlış stereotipləri göstərib.
Tam oxu
Xəbəri oxu