Diyetoloq “paytaxt” salatında kartofa alternativ təklif etdi

24.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


““Paytaxt” və “şuba” salatları kimi ənənəvi Yeni il salatlarını reseptlərində bəzi məhsulları əvəz etməklə daha sağlam etmək olar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nutrisioloq və diyetoloq Sofiya Kovanova aif.ru-ya danışıb.
Diyetoloq izah edib ki, tərkibində nişasta və karbohidratlar olan çox miqdarda qaynadılmış kartof olduğundan, “paytaxt” və “şuba” salatları yüksək kalorili olur:
“Bundan başqa, bu məhsullar qanda şəkərin artmasına səbəb olur və ödəm yaradır. “Şuba” və “mimoza” salatlarında kartof yerinə qaynadılmış gül kələm, “paytaxt” salatında isə avokado istifadə edə bilərsiniz. Eyni zamanda kolbasanı qaynadılmış toyuq filesi ilə, balıq konservini isə qaynadılmış balıqla əvəz edin”.
Diyetoloq əlavə edib ki, bu salatların tərkibində mağazada satılan mayonez var ki, bu da tərəvəz konservləri ilə birlikdə mədə-bağırsaq traktını xeyli yükləyir. Kovanova onu az yağlı xama və ya evdə hazırlanmış mayonezlə əvəz etməyi tövsiyə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью