Icma.az, Azpost portalına istinadən məlumat yayır. Süni intellekt texnologiyası arıqlama sahəsində də inqilab edir.
AzPost bildirir ki, qadınlar son zamanlar diyetoloq yerinə ChatGPT-dən istifadə etməyə başlayıblar və bu üsul sosial şəbəkələrdə geniş yayılıb.
“Daily Mail” nəşrinin məlumatına görə, ChatGPT pəhriz planlaşdırmaq, kaloriləri hesablamaq və hətta soyuducunun içindəkiləri təhlil etməkdə effektiv vasitəyə çevrilib.
Bu trendlə bağlı ən diqqətçəkən nümunələrdən biri 400 min izləyicisi olan isveçrəli bloqer Kristina Geyceanudur.
O bildirib ki, hər gün ChatGPT-yə səsli mesajlar göndərərək nə yediyini və hədəflədiyi kalori miqdarını qeyd edirdi.
Bir müddət sonra süni intellekt onun qida üstünlüklərini “öyrəndi” və sevdiyi məhsulları — məsələn, qatıq və çörək — avtomatik pəhriz siyahısına daxil etməyə başladı.
Kristina əlavə edib ki, sadəcə soyuducusunun şəklini yükləyib ChatGPT-dən balanslı qidalanma təklifləri almaq mümkündür.
“Əvvəlki pəhrizlərdə başım kalori hesablamalarına qarışırdı, stress keçirirdim. İndi isə sadəcə məqsədimə çatanda dayanıb rahatlayıram.