“Dizayn insanı” | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıdakı Rus evində Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, professor Rəfael Həsənova həsr olunmuş “Dizayn insanı” sənədli filminin təqdimatı keçirilib.
Filmin müəllifi Eldara Əliyeva, operatoru Yuriy Varnovskiy, redaktoru isə Leyla Vəlibəyovadır.
Filmdə tanınmış bəstəkarlar Emin Sabitoğlu, Rafiq Babayev və Rəşid Nəsiboğlunun musiqilərindən istifadə olunub.
Ekran işində Rafael Həsənovun ailə üzvləri, yaxın dostları və həmkarları onun Bakının memarlıq tarixindəki əvəzsiz xidmətlərindən söz açıblar və memarla bağlı xatirələrini bölüşüblər.
Azərbaycan dövlət müstəqilliyini, suverenliyini bərpa etdikdən sonra, mədəniyyət və incəsənət sahəsində vəziyyət o qədər də ürəkaçan deyildi.
Yalnız xalqın təkidi və tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu sahədə çiçəklənmə dövrü başladı.
Məhz, o illərdə sözün əsl mənasında bir sıra görkəmli şəxsiyyətlərin sayəsində sənət işığı yenidən alovlandı.
Tam oxu
Xəbəri oxu