Dizel istehsalı artıb, benzin azalıb

15.08.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3060,3 milyon manat təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb. Pepperoni pizza

Neft məhsullarından ağ neft istehsalı 10,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,9 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, avtomobil benzini istehsalı 3,8 faiz, sürtkü yağları istehsalı isə 42,2 faiz azalıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью