DJ Roşkanın adından dələduzluq edildi

11.12.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

DJ Roşkanın (Rövşən Həsənov) adından dələduzluq edilib. SİA xəbər verir ki, gecə saatlarında xakerlər onun telefonuna giriblər. Onun dostluğunda olan insanlara mesaj yazaraq müəyyən məbləğdə pul istəyən dələduzlar istədiklərinə nail ola biliblər. Sənətçinin dostları göndərilən bank hesabına müxtəlif məbləğdə pul köçürdüblər.

Məsələdən bu gün səhər xəbərdar olan DJ, dostlarına xəbərdarlıq edərək bu kimi mesajlara inanmamağa çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью