Dmanisidə V VIII əsrlərə aid məbədin qalıqları aşkarlandı

14.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər məlum olmayan kilsə kompleksin qərb hissəsində aşkar edilib. Arxeoloji tədqiqatlar zamanı binanın əsas nefi və apsidası öyrənilib.

Məlumata görə, iri daşlardan tikilmiş binanın divarlarının qalınlığı 1,5 metrə, qorunub saxlanılan hündürlüyü isə 1,3 metrə çatır. Məbədin daxilində minbər və taxçaya aid memarlıq fraqmentləri, həmçinin sütun üçün daş baza aşkarlanıb. Döşəmə səviyyəsində dam örtüyündə istifadə olunan kirəmit parçaları da tapılıb.

Naqzauri kompleksi Kvemo Kartlinin mühüm arxeoloji abidələrindən biridir. Kompleksin ərazisində bir neçə dini məbədlə yanaşı, yaşayış və kənd təsərrüfatı tikililəri də yerləşib.

Qeyd edək ki, kompleksdə arxeoloji tədqiqatlar Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyinin maliyyələşdirməsi ilə 2025-ci ildən aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью