Dmanisidən Tiflisə yürüş başladı: 2 günə paytaxta çatacaqlar

29.03.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstanın şərqindəki Dmanisi şəhərinin sakinləri növbədənkənar parlament seçkiləri və siyasi məhbusların azad edilməsi tələbi ilə Tiflisə doğru yürüşə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Novosti Qruziya” məlumat yayıb.

Martın 29-u səhər saatlarında təxminən iyirmi nəfər Dmanisidən yürüşə çıxıb. Onlar 2 gün ərzində 100 kilometr məsafə qət etməyi və martın 31-də sabiq prezident Salome Zurabişvilinin elan etdiyi parlament önündəki aksiyaya qoşulmağı planlaşdırırlar.

Mitinq Gürcüstanın müstəqilliyinin bərpası ilə bağlı referendumun 31-ci ildönümünə təsadüf edir.

Marşrut Bolnisi, Marneuli, Tetritskaro, Tsalka, Qardabani, Rustavi və onlarla kənddən keçir və yürüş iştirakçıları yerli sakinləri qoşulmağa çağıracaqlar. Yol boyu dörd mitinq planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью