Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən bodibildinq və fitnes üzrə V Milli Çempionatda Dmanisidən olan soydaşımız, idmançı Kənan Gülməmmədov birinci yerə layiq görülüb. Çempionatda ümumilikdə 18 atlet mübarizə aparıb və müxtəlif kateqoriyalar üzrə 8 qalib müəyyənləşib.
Kənan Gülməmmədov “Men’s Physique” kateqoriyasında qızıl medal qazanıb. O, münsiflər heyəti qarşısında üstün fiziki hazırlığı, estetik proporsiyaları və səhnə təqdimatı ilə fərqlənib. Gərgin rəqabət şəraitində çıxış edən idmançı hakimlərdən ən yüksək qiyməti alaraq Gürcüstan çempionu tituluna sahib olub.
Qeyd edək ki, Dmanisi bələdiyyəsinin Qəmərli kəndindən olan Kənan Gülməmmədov 6 ilə yaxındır idmanla məşğul olur. O, Gürcüstan Texniki Universitetinin mühəndis iqtisadiyyatı, media texnologiyaları və sosial elmlər ixtisaslarının məzunudur.
P.ƏMİRCANOV
XQ