Dmitri Medvedev Cənubi Koreya prezidentini xain adlandırdı KONKRET

04.12.2024

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında Cənubi Koreya prezidenti Yun Seok-yeol-u satqın adlandırıb və onun getməli olduğunu bildirib:

“Cənubi Koreya prezidenti Yoon Seok-yeol getməlidir. O, parlamentin ləğv etdiyi hərbi vəziyyət elan edib. Xain”, –deyə  Medvedev yazıb.

KONKRET.az xəbər verir ki, o,  Gürcüstan prezidenti Salome Zurabişvilini də istefaya çağırıb. Medvedev qeyd edib ki, hər iki siyasətçi ABŞ tərəfindən dəstəklənir və onların gələcək taleyi naməlum olaraq qalır.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью