Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, bunu Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev bildirib.
“Xroniki xəstəliklərdən əziyyət çəkən Ermənistanın heç vaxt Avropa İttifaqına qoşulmayacağı aydındır, lakin bu, Rusiya və digər Aİİ ölkələri ilə münasibətlərini uzun müddət pozacaq", - o qeyd edib.
D.Medvedev həmçinin Ermənistan hakimiyyətini milli maraqlara xəyanətdə və Erməni Apostol Kilsəsini təqib etməkdə günahlandırıb.
“Bu, milli maraqlara xəyanət, Sorosun pulları və Erməni Apostol Kilsəsinin şeytani təqibləri ilə dərindən qarışmış kiçik bir ölkənin hazırkı hökmdarının şizoid ambisiyalarının bədəlidir. Lakin Ermənistanın hazırkı hökumətinə tətbiq olunan yalnız bir qayda var: “Non mittite margaritas ante porcos” (Mirvarilərinizi donuzların qarşısına atmayın)”, - o bildirib.
Mürtəza