Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etdikdən sonra İran prezidenti Məsud Pezeşkianla görüşüb.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
"Rusiya Federasiyası rəhbərliyi və xalqı adından İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin şəhid olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
Bu sonsuz itki ilə bağlı İran xalqının kədərinə şərik oluruq",- deyə Medvedev bildirib.