Dmitri Nazarov Azərbaycan yığmasına QAYIDIR?

13.03.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin sabiq futbolçusu Dimitri Nazarovun Almaniyadakı çıxışı yerli futbol ictimaiyyətinin diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, Almaniya mətbuatı Nazarovun hazırda ikinci baharını yaşadığını yazıb.
34 yaşlı yarımmüdafiəçi “Kikker Offenbax”ın heyətində Regionalliqada parlaq oyunlarla gündəmə gəlib. Yerli KİV hətta bu gedişlə Nazarovun yenidən Azərbaycan millisinə çağırılması ehtimalının qaçılmaz olacağını düşünür. “Kikker Offenbax”ın hazırda Regionalliqada turnir cədvəlinə başçılıq etməsinin səbəbkarı kimi məhz Nazarov göstərilib.
Qeyd edək ki, Dimitri Nazarov klubunun son 3 oyununda 4 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью