Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

08.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskva, 8 oktyabr, AZƏRTAC

MDB Zirvə görüşündən sonra Xəzəryanı ölkələr Xəzər ekoloji sammiti keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü qeyd edib ki, MDB dövlət başçılarının qarşıdan gələn görüşünün geniş gündəliyi var. Zirvə görüşünün yekunlarına dair bir sıra sənədlərin qəbul edilməsi və imzalanması planlaşdırılır.

Peskovun sözlərinə görə, MDB formatı bir neçə onillik ərzində üzv ölkələr üçün aktuallığını və faydasını sübut edib, habelə daha inkişaf etmiş inteqrasiya formalarının inkişafı üçün əsas olub.

Rusiya liderinin mətbuat katibi İran prezidenti Məsud Pezeşkianın MDB dövlət başçılarına qoşulacağını açıqlayıb. MDB Zirvə görüşündən sonra Xəzəryanı ölkələrin liderləri ayrıca Xəzər ekoloji sammitində iştirak edəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью