Dmitri Rusnak 60 il Rusiyaya gedə bilməyəcək Səbəb

23.04.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəşfiyyat məlumatları toplamaq məqsədi ilə ölkəyə gələn Moldova vətəndaşı Rusiyadan çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

“Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Dmitri Rusnak Rusiyaya 2024-cü ildə gəlib. Onun məqsədi Rusiya rəhbərliyinin Moldova ilə bağlı planları haqqında məxfi məlumat toplamaq olub”, – deyə bildirilib.

Rusnak Rusiyanın təhlükəsizlik qüvvələrinin və digər dövlət qurumlarının fəaliyyəti ilə də maraqlanıb.

Onun ölkəyə girişi 60 il müddətinə qadağan edilib.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью