Dmitriyev ABŞ dan mükafat aldı

30.11.2025

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Birbaşa İnvestisiya Fondunun direktoru Kirill Dmitriyev ABŞ-ın Rusiyadakı Ticarət Palatasından (AmCham) "Amerika Birləşmiş Ştatları və Rusiya arasında dialoqun gücləndirilməsində liderliyə" görə mükafat alıb.

Axar.az xəbər verir ki, bu barədə Dmitriyev dünən özünün X səhifəsində məlumat verib.

“Bu gün (şənbə - red.) ABŞ Ticarət Palatasının "ABŞ və Rusiya arasında dialoqun gücləndirilməsində liderlik" mükafatını aldım”, - Dmitriyev bildirib.

Qeyd edək ki, Kirill Dmitriyev həm də Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью