Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev NATO-nun Ukraynaya dəstək verdiyini, lakin ABŞ üçün eyni yanaşmanı sərgiləmədiyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, o, sosial şəbəkədə ingilis dilində paylaşım edərək “NATO müttəfiqləri Ukraynanı dəstəkləyir, amma ABŞ-ı yox” yazıb.
Bu fikir NATO-nun Ukraynaya hərbi yardımını davam etdirəcəyinə dair paylaşımına şərh olaraq səsləndirilib.
Dmitriyev daha əvvəl də ABŞ-ın qlobal bazarların sabitliyi üçün Rusiyaya qarşı sanksiyaları ləğv etməli olduğunu qeyd etmişdi.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin