DMX ölkədə qanunsuz yaşayanlarla bağlı MƏLUMAT YAYDI

13.08.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq DMX-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью