DMX sağlamlıq imkanları məhdud şəxslərə yaşamaq üçün icazə vəsiqələri təqdim edib

02.04.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarələri Bakının kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə səyyar xidmətlər göstərib. Bu barədə SİA-ya DMX-dən məlumat verilib.

Bildirilib ki, səyyar xidmətlər çərçivəsində İsmayıllı, Ağsu, Naxçıvan, Şərur, Cəlilabad, Astara, Gəncə, Samux, Tərtər, Mingəçevir, Goranboy, Ağdaş, Xaçmaz, Şabran, Salyan və Neftçalada yaşayan sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

Eyni zamanda vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşamaq üçün icazələrinin alınması ilə bağlı tələb olunan sənədlər qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью